"Qarabağ" yoxlama oyununda "Zirə"ni məğlub edib
"Qarabağ" və "Zirə" komandaları yoxlama oyununda üz-üzə gəliblər. Milli.Az-ın məlumatına görə, "Azersun Arena"nın məşq meydançasında baş tutan qarşılaşmada Ağdam təmsilçisi rəqibini məğlub edib. Görüş 4:3 hesabı ilə bitib. "Köhlən atlar"ın heyətində Kamilo Duran, Bəhruz Qurbanlı, Leandro Andrade, Mehdi Mütəllimli, Bakı klubunda George Papunaşvili, Yeqor Boqomolski və Namik Ələskərov fərqləniblər. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Şərh verin