Füzulidə evin həyətindən kişi meyiti tapıldı

Füzuli rayonunda kişi evinin həyətində ölü vəziyyətdə tapılıb. Milli.Az-ın Lent.az-a istinadən məlumatına görə, hadisə Zobucuq-2 qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 84 yaşlı Cavanşir Şamil oğlu Bayramovun meyiti yaşadığı evin həyətində aşkarlanıb. Onun ölüm səbəbi hələlik məlum deyil. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)