Xankəndidə kuryer işləyən tələbəni maşın vurdu — Fotolar-Yenilənib

Xankəndi şəhərində yol-nəqliyyat hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, qəza şəhərin mərkəzi meydanında qeydə alınıb. Hərəkətdə olan “Lada Priora” markalı avtomobillə Səid Allahverdiyevin sürdüyü motosiklet toqquşub. Hadisə nəticəsində motosiklet sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib. Məlumata görə, Səid Allahverdiyev Qarabağ Universitetinin Menecment ixtisası üzrə ikinci kurs tələbəsidir. Təhsil müddəti başa çatsa da, o, yay mövsümündə Xankəndidə qalaraq kuryer fəaliyyəti ilə məşğul olurmuş. Xankəndi Şəhər Xəstəxanasında müalicə tədbirləri görüldükən sonra Bərdə Diaqnostika Mərkəzinə göndərilib. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. *** Xəstəxanadan bildirilib ki, 23.06.2026-cı il tarixində saat 02:10 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Xankəndi şəhərindən çağırış qeydə alınıb. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2007-ci il təvəllüdlü şəxs (kişi) sağ bud sümüyünün sınığı diaqnozu ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Zəruri tibbi xidmətlər göstərilən pasiyentin müalicəsi davam etdirilir, vəziyyəti stabildir. Ziya Əmirxanlı