FETÖ-yə qarşı növbəti əməliyyat - 128 nəfər həbs edildi
Türkiyədə FETÖ-yə qarşı 42 vilayətdə həyata keçirilən genişmiqyaslı əməliyyat çərçivəsində 237 nəfər saxlanılıb. Milli.Az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib. Məlumata görə, şübhəlilərdən 128-i həbs edilib, 61-nə isə məhkəmə nəzarəti tətbiq ediləcək. Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Şərh verin