"Nəvələrimə smartfon vermirəm" - Qırğızıstan prezidenti
Qırğızıstan Prezidenti Sadır Japarov uşaqların smartfon istifadəsi ilə bağlı valideynlərə çağırış edib. Milli.Az xəbər verir ki, o, azyaşlıların həm məktəbdə, həm də evdə mobil cihazlardan istifadəsinə nəzarətin gücləndirilməsinin vacibliyini vurğulayıb. Jumqal rayonunun sakinləri ilə keçirilən görüşdə çıxış edən dövlət başçısı bildirib ki, müasir dövrdə uşaqlar çox erkən yaşlardan smartfonlara aludə olurlar. Onun sözlərinə görə, bu vəziyyət ailədaxili ünsiyyətin azalmasına səbəb olur. Sadır Japarov öz ailəsində də bu məsələyə ciddi yanaşıldığını qeyd edib. Prezident azyaşlı nəvələrinə smartfon verilmədiyini bildirərək, uşaqların vaxtlarını kitab oxumağa, ünsiyyətə və müxtəlif faydalı fəaliyyətlərə sərf etməsinin daha vacib olduğunu deyib. Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Şərh verin