Mərkəzi Bankın valyuta ehtiyatları artıb

Cari ilin 5 ayında Mərkəzi Bankın valyuta ehtiyatları 1.2 mlrd. ABŞ dolları məbləğində və ya 10.4% artaraq 12.7 mlrd. ABŞ dollarına çatıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb. Bildirilib ki, valyuta hərraclarında bankların tələbinin əhəmiyyətli azalması şəraitində Mərkəzi Bank tərəfindən alışyönlü müdaxilə həyata keçirilib.