"Yayıblar ki, şeirə 2 min manat istəyib"
Şair Çığatel İsaqızı haqqında yayılan yalan sözlərə aydınlıq gətirib. Milli.Az xəbər verir ki, "Qonaqcanlı" verilişinə gələn şair şeirlərini baha satdığını deyənlərə cavab verib: "Heç vaxt qonorar tələb etməmişəm. Kimsə şirinlik verirsə, götürmüşəm. Hətta bəstəkarlar məndən mahnı götürməsin deyə, yalan yayıblar ki, şeirə 2 min manat istəyib. Eşidəndə, dəhşətə gəldim. Mən də istəyərəm versinlər. Şairi xalq dolandırır. Eləsi var ki, şeirimi öz adına çıxır. Pulunu istəmirəm, heç olmasa adımı çək". (Axşam.az) Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Şərh verin