“Qarabağ” Bədavi Hüseynovla yeni müqavilə imzalayıb
"Qarabağ" futbolçusu Bədavi Hüseynovla yeni müqavilə imzalayıb Bakı. Trend: Milli.Az xəbər verir ki, "Qarabağ" futbolçusu Bədavi Hüseynovla müqavilə müddətini uzadıb. Klubdan bildirilib ki, Azərbaycan millisinin müdafiəçisi ilə yeni bir illik sözləşmə imzalanıb. Razılaşmaya əsasən, Bədavi Hüseynov 2027-ci ilin yayına qədər komandanın uğurları üçün mübarizə aparacaq. 2012-ci ildən "Qarabağ"ın formasını geyinən Hüseynov komandanın heyətində Premyer Liqada 267 oyunda 5 qol vurub. O, Ağdam təmsilçisi ilə 11 dəfə Azərbaycan çempionu, 5 dəfə ölkə kubokunun qalibi olub, millidə 82 matçda 1 dəfə fərqlənib. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Şərh verin