Yaponiya Tunisi darmadağın edib
2026-cı il dünya çempionatında F qrupunun II turuna yekun vurulub. Milli.Az xəbər verir ki, turun son oyununda Tunis millisi Yaponiya ilə qarşılaşıb. Görüş asiyalıların tam üstünlüyü ilə keçib. Komanda rəqibini 4 cavabsız qolla məğlub edib. Tunis ilk turda İsveçə 1:5 hesabı ilə uduzub. Yaponiya isə Niderlandla 2:2 hesablı heç-heçə edib. Qeyd edək ki, F qrupunun digər oyununda Niderland İsveçi 5:1 hesabı ilə məğlub edib. Dünya çempionatı F qrupu, II tur 21 iyun 08:00. Tunis - Yaponiya 0:4 Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin