Kanalda batan 26 yaşlı gəncin meyiti tapıldı
Yevlaxda kanalda batan 26 yaşlı gəncin meyiti tapılıb. “Qafqazinfo”nun xəbərinə görə, Yuxarı Qarabağ kanalının rayonun Malbinəsi kəndi ərazisində batan 2000-ci il təvəllüdlü Nadirov Mahir Oruc oğlunun meyiti kanalın Bərdə rayonu ərazisindən keçən hissəsində aşkarlanıb. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma davam etdirilir. Ziya Əmirxanlı

Şərh verin