İran millisi ABŞ-də etirazlarla qarşılandı — Foto
2026-cı il FIFA Dünya Çempionatının G qrupunda Belçika ilə qarşılaşacaq İran Milli Futbol Komandası ABŞ-də etiraz aksiyaları ilə üzləşib. “Qafqazinfo” xəbər verir ki, İran yığması Meksikadakı təlim-məşq düşərgəsindən Los-Ancelesə gələrək qarşılaşma öncəsi son məşqini “Carson Sports Park”da keçib. Lakin komandanın məşqi barədə məlumat alan etirazçılar obyektin girişində toplaşaraq nümayiş keçiriblər. Gücləndirilmiş təhlükəsizlik tədbirləri altında komanda məşq meydançasını alternativ çıxışdan tərk edərək hotelə yollanıb. Bununla belə, etirazçılar komandanı izləyərək yerləşdikləri hotelin qarşısında da aksiyanı davam etdiriblər və şüarlar səsləndiriblər. Qeyd edək ki, İran milli komandası Los-Ancelesdə keçirilən ilk qrup matçında da oxşar etirazlarla qarşılaşmışdı. Həmin görüşdən əvvəl də komandanın qaldığı hotelin qarşısında nümayişlər təşkil olunmuşdu.

Şərh verin