“Qətərdə bloklanmış 6 milyard dollar İrana qaytarılacaq”
“Qətərdə bloklanmış 6 milyard dollar İrana qaytarılacaq”. “Qafqazinfo” xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian Tehranda keçirilən 33-cü Pul və Bankçılıq Siyasəti Simpoziumunda çıxışı zamanı bildirib. Pezeşkian qeyd edilib ki, Vaşinqtonla əldə olunan razılaşmanın şərtləri İranın maraqlarına uyğundur. “Bu gün danışıqlar prosesinin başlaması ilə Qətərdə bloklanmış 6 milyard dollarımız geri qaytarılacaq”, – deyə İran Prezidenti vurğulayıb. O qeyd edib ki, ABŞ-nin əsas tələbi İranın nüvə silahına sahib olmamasıdır. Pezeşkian bildirib ki, bu məsələ ölkə rəhbərliyi tərəfindən dəfələrlə açıqlanıb və İran nüvə bombası əldə etməyi hədəfləmir. Qeyd edək ki, ABŞ-nin tətbiq etdiyi sanksiyalar səbəbindən İranın neft satışından əldə etdiyi vəsaitlərin bir hissəsi xarici banklarda, o cümlədən, Qətərdə bloklanıb. Tehran administrasiyası danışıqlarda sanksiyaların yumşaldılması və həmin vəsaitlərin azad edilməsini əsas tələblərdən biri kimi irəli sürür.

Şərh verin