Türkiyədə toy yasa çevrildi - 15 yaşlı yeniyetmə 11 nəfəri güllələdi
Türkiyənin Çivril rayonunun Kıralan məhəlləsində keçirilən toy mərasimi silahlı insidentlə nəticələnib. Milli.Az xəbər verir ki, gəlinin evdən çıxarılması zamanı 15 yaşlı yeniyetmənin ov tüfəngi ilə havaya atəş açmaq istəməsi nəticəsində 11 nəfər yaralanıb. Məlumata görə, S.Ş. adlı yeniyetmənin atdığı güllələr ətrafdakı insanlara dəyib. Yaralanan şəxslər təcili yardım avtomobilləri və şəxsi nəqliyyat vasitələri ilə xəstəxanaya çatdırılıblar. Yaralılardan ikisi əlavə müayinə və müalicə üçün Denizlidəki xəstəxanalara göndərilib. Digər yaralıların vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Hadisədən sonra jandarma əməkdaşları ərazidə araşdırmalara başlayıb. Silahdan istifadə etdiyi ehtimal olunan 15 yaşlı yeniyetmə dindirilmək üçün bölməyə aparılıb. Faktla bağlı məhkəmə və inzibati araşdırmalar davam edir. Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Şərh verin