TBMM sədri Azərbaycana gəlir

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak etmək üçün Azərbaycana səfər edəcək. “Qafqazinfo” xəbər verir ki, səfər 23-24 iyun tarixlərini əhatə edəcək. N.Kurtulmuşun Azərbaycan Milli Məclisinin ev sahibliyi ilə Bakıda keçiriləcək konfransda müxtəlif mövzular barədə çıxış edəcəyi gözlənilir. O həmçinin tədbirdə iştirak edəcək xarici həmkarları və beynəlxalq təşkilatların nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcək.