“Araz-Naxçıvan”dan yeni transfer
“Araz-Naxçıvan” Rəşad Həsənovu transfer edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə klub paylaşımında bildirilib. Mərkəz müdafiəçisi yeni mövsümdə Naxçıvan təmsilçisinin formasını geyinəcək. Onunla imzalanan müqavilənin müddəti 1 illikdir. “Keşlə”, “Şamaxı” və “Zirə-2” klublarında çıxış edən 23 yaşlı futbolçu son mövsümü I Liqada mübarizə aparan “Cəbrayıl”ın heyətində keçirib. O, müxtəlif illərdə Azərbaycanın U-16, U-17, U-19 və U-21 millilərinə də dəvət alıb.

Şərh verin