“Qarabağ” iki qapıçısı ilə vidalaşdı - (Foto)

"Qarabağ" Futbol Klubu qapıçılar Fabian Buntiç və Amin Ramazanovla yollarını ayırdığını açıqlayıb. Milli.Az xəbər verir ki, klubun yaydığı məlumata görə, xorvatiyalı qolkiper Fabian Buntiçlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Gənc qapıçı Amin Ramazanovun isə müqavilə müddəti başa çatıb. Ağdam təmsilçisi hər iki futbolçuya klubun uğurlarında göstərdikləri xidmətlərə görə təşəkkür edib və gələcək karyeralarında uğurlar arzulayıb. Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)