Bərdədə kanaldan gənc oğlanın meyiti tapıldı

Bərdə rayonunda su kanalında meyit aşkarlanıb. Milli.Az oxu.az -a istinadən xəbər verir ki, hadisə rayonun Qarağacı kəndi ərazisindən keçən Yuxarı Qarabağ su kanalında qeydə alınıb. İlkin məlumata görə, kanaldan Yevlax rayon sakini, 2000-ci il təvəllüdlü Mahir Nadirovun meyiti tapılıb. Meyitə baxış zamanı üzərində hər hansı zorakılıq əlaməti aşkar edilməyib. Hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)