Sumqayıtda ağır qəza: Avtomobil ağaca çırpıldı, 3 nəfər yaralandı
Sumqayıtda yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər xəsarət alıb. Milli.Az xəbər verir ki, hadisə şəhərin Koroğlu prospektində baş verib. İlkin məlumata görə, 2003-cü il təvəllüdlü Şəmsəddin Əmrullayevin idarə etdiyi "Mercedes-Benz C180" markalı minik avtomobili hərəkətdə olarkən sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində avtomobildə olan sərnişinlər - Zakir İbrahimli, Leyla Maluni və İlkin Qurbanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin