Lökbatanda taksi sərnişin avtobusu ilə toqquşdu - (Video)
Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Milli.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Məlumata görə, taksi fəaliyyəti göstərən BYD markalı minik avtomobili sərnişin avtobusu ilə toqquşub. Hadisə nəticəsində BYD markalı avtomobilin sürücüsünün xəsarət aldığı bildirilir. Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Şərh verin