İmişlidə ticarət obyektindəki yanğın söndürüldü - Yenilənib

İmişli şəhəri, Nəcməddin Savalanov küçəsində yerləşən ticarət obyektində baş vermiş yanğın söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətindən məlumat verilib. Bildirilib ki, yanğın Xidmətin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb. _______________ İmişli rayonunda mərkəzi Nəcməddin Salamanov küçəsində yanğın başlayıb. Milli.Az xəbər verir ki, yanğın mərkəzi küçədə yerləşən ticarət mərkəzlərini əhatə edir. Hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağrılıb. Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)