Müğənninin qapı zəngini 133 dəfə basmışdı — Deportasiya oluna bilər

Seulda Cənubi Koreyanın məşhur BTS qrupunun üzvü Çonquku təqib etməkdə ittiham olunan Braziliya vətəndaşına hökm oxunub. “Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, adı açıqlanmayan qadın iki il sınaq müddəti ilə bir il şərti həbs cəzası alıb. İş materiallarına görə, braziliyalı qadın 22 dəfə müğənninin evinə gəlib. Qadın ilk dəfə onun evinin yanında 2025-ci ilin dekabrında görünüb. O, müğənninin həyətinə əşyalar və məktublar atmağa çalışıb. Sonrakı səfərlərinin birində qadın müğənninin qapısının zəngini ardıcıl 133 dəfə basıb. Məhkəmə bunu “ifrat dərəcədə mübtəla olma” kimi xarakterizə edib. Məhkəmə qadının peşmanlığını və cinayətin təkrar törədilməsi riskinin aşağı olmasını nəzərə alıb. Bununla belə, məhkəmə qərarından şikayəti təmin edilməzsə, braziliyalı xanım ölkədən deportasiya oluna bilər.