Rusiyada "Lukoyl" məntəqələrində yeni qaydalar qüvvəyə minib

Rusiyanın Voloqda vilayətində bəzi yanacaqdoldurma məntəqələrində yanacaq satışına məhdudiyyətlər tətbiq edilib. Milli.Az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Georgi Filimonov məlumat verib. Onun sözlərinə görə, "Lukoyl" yanacaqdoldurma məntəqələrində bidonlara yanacaq satışı dayandırılıb. Avtomobillərə isə maksimum 30 litr benzin və 60 litr dizel yanacağının satılmasına icazə verilir. Qubernator bildirib ki, tətbiq olunan məhdudiyyətlərə baxmayaraq, bölgədə yanacaq qıtlığı müşahidə olunmur və vəziyyət nəzarət altındadır. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)