“Zirə” millimizin üzvünü transfer etdi
“Zirə” yeni futbolçu ilə anlaşıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Qartallar” Azərbaycan millisinin üzvü Ayxan Hüseynovu heyətinə qatıb. Yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb. Qeyd edək ki, 26 yaşlı futbolçu daha əvvəl Rusiyanın “Leninqradets”, “Nijni Novqorod”, “Ural”, “Olimp-Dolqoprudnu”, “Ximki” və ölkəmizin “Turan Tovuz” klubunda çıxış edib.

Şərh verin