İyunun 24-ü axşamdan hava dəyişir - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında iyunun 24-ü axşam saatlarından 25-i səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Milli.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata əsasən, yarımadanın bəzi ərazilərində yağıntıların qısamüddətli intensiv xarakter alacağı, eyni zamanda şimşək çaxacağı ehtimal edilir. Ölkənin rayonlarında isə qeyri-sabit və yağıntılı hava şəraitinin iyunun 29-dək davam edəcəyi proqnozlaşdırılır. Ayrı-ayrı bölgələrdə yağışların güclü olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var. Sinoptiklər xəbərdarlıq edirlər ki, yağıntılar səbəbindən çaylarda sululuq arta, bəzi dağ çaylarından isə qısamüddətli sel və daşqın keçə bilər. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)