Bakıda yalnız bir dəfə - dünyaca məşhur tango orkestri La Argenta Ensamble-nin konserti keçiriləcək - (Video/Foto)

24 iyun saat 20:00da Bakı Musiqi Akademiyasının Opera Studiyasında Argentina müasir tanqosunun ən parlaqkollektivlərindən biri olan La Argenta Ensamblenin çoxdangözlənilən konserti baş tutacaq. Səhnədə əsl tango-noir ab-havası yaradılacaq: cəmi beş musiqiçigüclü və dolğun canlı ifa təqdim edəcək. Proqram Fernando Erreranın incə aranjimanları və Ximena Qonsalesin emosionalvokalı ilə daha da zənginləşəcək. Bu musiqi tanqonun ehtirasını vədramatizmini dərinliklərinə qədər açır. Gecənin xüsusi qonaqları isə dünya səhnələrinin tanınmış ulduzları- məşhur rəqs dueti Yanina Quiñones & Neri Piliu olacaq.Onlar uzun illərdir ki, səhnə tanqosunun ən yüksək səviyyəsininümayiş etdirərək beynəlxalq auditoriyanın rəğbətini qazanıblar. Konsert Azərbaycanda ilk dəfə təşkil olunan "El Calor en Baku - Azerbaijan Tango Festivalı" çərçivəsində keçirilir və festivalınəsas tədbirlərindən biri olacaq. Bu axşam eyni zamanda böyük argentinalı tanqo ustası KarlosGardelin xatirəsinə həsr olunub. Onun musiqisi bu gün dəmilyonlarla insanın qəlbində yaşayır. Konsert Bakıdakı Argentina Mədəniyyəti Həftəsinin kulminasiya nöqtəsi olaraq musiqi, rəqs vəBuenos-Ayres atmosferini bir araya gətirəcək. Biletləri onlayn əldə etmək mümkündür: https://iticket.az/events/concerts/la-argenta-ensamble-the-great-argentine-tango-evening-in-baku La Argenta Ensamble bir gün əvvəl festival çərçivəsində qısaproqramla çıxış edib, lakin 24 iyunda tamaşaçıları daha geniş, daha möhtəşəm və yadda qalan bir proqram gözləyir. Festival Azərbaycan Respublikasının Dövlət Tarix-MemarlıqQoruğu İdarəsi İçərişəhər, Argentinanın Azərbaycandakı Səfirliyivə Azərbaycan Rəqs Şurası AzDCnin dəstəyi ilə, eləcə dəbeynəlxalq tango icması və yerli tərəfdaşların iştirakı ilə keçirilir. 19-24 iyun tarixlərində qədim İçərişəhər küçələri tanqo ritmindəcanlanaraq açıq səhnəyə çevrilir. Burada Argentina mədəniyyətikonsert salonlarından çıxaraq şəhərin canlı hissəsinə daxil olur: küçə milonqaları ustad dərsləri ilə əvəz olunur, film nümayişləriqastronomik axşamlara, kulminasiya isə beynəlxalqMetropolitango çempionatına çevrilir. Bu, İçərişəhərin yeni ritmdə - musiqi, hərəkət və ehtirasla nəfəsaldığı bir həftədir. O, Argentina ənənələrini və qədim Bakının ab-havasını birləşdirərək unikal mədəni məkan yaradır. Layihə və festival proqramı haqqında ətraflı məlumatrəsmi saytda mövcuddur: https://aztangofest.com/az Festivalın Instagram səhifəsi: https://www.instagram.com/aztangofest?igsh=ZWwxaHdrbWhyN3hy İnformasiya dəstəyi: Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az.