“AS Group” beynəlxalq tədbirdə “4You Baku” layihəsini təqdim etdi — Fotolar
Azərbaycan Respublikası Prezidentinin himayəsi altında 16-19 iyun tarixlərində Bakıda keçirilən İslam İnkişaf Bankı (İİB) Qrupunun 2026-cı il üzrə İllik Toplantılarında “AS Group” təmsil olunub. “Qafqazinfo” xəbər verir ki, Prezident İlham Əliyevin iştirakı ilə Toplantıların rəsmi açılış mərasimi keçirilib. Mərasimdə dövlət başçısı çıxış edib, ardınca İİB Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir və Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış edərək sənədlər imzalayıblar. Tədbirdə “AS Group”un təsisçisi Şahin Mövsümov da iştirak edib. İİB-nin 57 üzv ölkəsindən dövlət rəsmilərinin, beynəlxalq təşkilatların və özəl sektor nümayəndələrinin və 4000-dən çox qonağın qatıldığı tədbir çərçivəsində Azərbaycanın iqtisadi və investisiya potensialını təqdim etmək məqsədilə Azərbaycan stendi təşkil olunub. “AS Group” bu stenddə Qazaxıstanın “BI Group” şirkəti ilə birgə Bakı şəhərində həyata keçirdiyi “4You Baku” premium yaşayış kompleksi layihəsi ilə təmsil olunub və layihə qonaqların böyük marağına səbəb olub. “Özəl Sektor Forumu”nun açılış mərasimində çıxış edən AR İqtisadiyyat naziri Mikayıl Cabbarov İİB-nin sədri ilə birgə Azərbaycan stendini ziyarət edərək “4You Baku” layihəsi ilə yaxından tanış olub. Tədbirdə “AS Group”un icraçı direktoru İsmayıl Məsimov da iştirak edib. “AS Group”un Azərbaycan stendində sərgilədiyi “4YOU Baku” layihəsi Bakı şəhərində, Tbilisi prospekti ilə Azər Əliyev küçəsinin kəsişməsində inşa olunan premium yaşayış kompleksidir. Layihə “AS Group” ilə səkkiz ölkədə fəaliyyət göstərən beynəlxalq “developer” şirkəti “BI Group”un tərəfdaşlığı çərçivəsində həyata keçirilir. Kompleks 6–19 mərtəbəli binalardan ibarət olub, 56–614 m² arası mənzillər təklif edir. Sakinlərə fitness, kinoteatr, uşaq zonaları, yeraltı parkinq, ağıllı ev sistemləri, 56 dB səs izolyasiyası və 24/7 konsyerj xidməti təqdim olunacaq. Kompleksin idarəçiliyini 20 illik təcrübəyə malik “BI Service” həyata keçirəcək. “AS Group” 2003-cü ildən etibarən dövlət və özəl sektor üçün kompleks layihələrin icrasında öncül rol oynayır. Şirkət tikinti, daşınmaz əmlak, kənd təsərrüfatı, sənaye, nəqliyyat-logistika, bərpa olunan enerji və HoReCa sahələrində uğurla fəaliyyət göstərir. “AS Group” eyni zamanda, beynəlxalq layihələr vasitəsilə ölkəyə xarici investisiyaların cəlb olunmasında da mühüm töhfələr verir.

Şərh verin