“Evrika” liseyinin şagirdləri respublika və beynəlxalq arenada böyük uğurlara imza atıblar — Fotolar
Doğru məktəb seçimi necə edilməlidir? Bu sual hər bir valideyni düşündürür. Təhsil ekspertlərinin fikrincə, məktəbin uğuru onun binası və ya təqdim etdiyi xidmətlərlə deyil, tətbiq etdiyi təhsil modeli, şagirdlərinin öyrənmə sevgisi, əldə etdiyi akademik nəticələr və respublika, eləcə də beynəlxalq səviyyədə qazandığı uğurlarla ölçülür. Məhz bu səbəbdən Azərbaycanın ən yaxşı özəl məktəbləri, Bakının nüfuzlu liseyləri və beynəlxalq məktəbləri arasında yer alan “Evrika” Beynəlxalq Elm və Texnologiya Liseyi 2025–2026-cı tədris ilində əldə etdiyi uğurlarla bir daha diqqət mərkəzinə çevrilib. Gəlin bu uğurlu şagirdlərimizi daha yaxından tanıyaq. Respublika Fənn Olimpiadaları, Respublika Fənn Müsabiqələri, beynəlxalq olimpiadalar və layihə müsabiqələrində “Evrika” şagirdləri mühüm uğurlara imza atıblar. Hüseyn Ələsgərli – Tarix fənni üzrə Respublika Fənn Olimpiadasında bürünc medal (III yer). Ömər Rəhimov – Respublika Fənn Olimpiadasının fizika üzrə finalçısı. Aylin Əsgərli – Respublika Fənn Müsabiqəsində fizika üzrə bürünc medal. Ləman Ocaqverdiyeva – Respublika Fənn Müsabiqəsində informatika üzrə bürünc medal. Naibə Babayeva – Respublika Fənn Müsabiqəsində kimya üzrə bürünc medal. İmaməli Əsgərov – Riyaziyyat-məntiq istiqaməti üzrə finalçı. İmran Abdullazadə – Barselonada keçirilən beynəlxalq kodinq və riyaziyyat müsabiqəsində iki qızıl medal və dünya üzrə III yer. Nuran Pənahlı – Kopernik Riyaziyyat Olimpiadasında qızıl medal. İbrahim Məmmədov və Çingiz Məmmədov – 'Sabahın Alimləri' XIV Respublika Layihə Müsabiqəsində III yer. Aylin Rzalı və Nəzrin Mustafayeva – SAF Festivalında VİDX kateqoriyası üzrə II yer. 2025–2026-cı tədris ilində IX siniflər üzrə 3 nəfər, XI siniflər üzrə isə 4 nəfər fərqlənmə attestatı almaq hüququ qazanıb. Liseyin mini-futbol komandası Super Liqa turnirində 2023, 2024 və 2026-cı illərin çempionu olub. Bu gün “Evrika” Təhsil Ekosistemi uşağın ilk təhsil addımlarından məzuniyyətə və universitet həyatına qədər bütün inkişaf yolunu əhatə edən müasir təhsil modelidir. “Evrika” Təhsil Ekosisteminə Evrika Montessori Uşaq Bağçası (1–6 yaş), Evrika Montessori Məktəbi (I–XI siniflər) və “Evrika” Beynəlxalq Elm və Texnologiya Liseyi daxildir. “Evrika” hazırda Nərimanov və Gənclik filiallarında fəaliyyət göstərən, 15 illik akademik təcrübəyə malik, Cambridge beynəlxalq proqramı ilə Montessori yanaşmasını uğurla birləşdirən və şagirdlərin akademik, sosial və fərdi inkişafını dəstəkləyən beynəlxalq məktəbdir. Qeyd edək ki, “Evrika” Təhsil Ekosistemində 2026–2027-ci tədris ili üzrə şagird qəbulu davam edir. “Evrika” – gələcəyi quranların məktəbidir! # Evrika Liseyi # Evrika Beynəlxalq Elm və Texnologiya Liseyi # STEAM məktəbi # Texnologiya yönümlü məktəb # Respublika Fənn Olimpiadası

Şərh verin