“Nüvə potensialını daha sürətlə inkişaf etdirməyi planlaşdırırıq”

“Ölkəmiz nüvə potensialını daha sürətlə inkişaf etdirməyi planlaşdırır". “Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen In bildirib. Onun sözlərinə görə, ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimləri, kəşfiyyat fəaliyyəti və nüvə məsələləri ilə bağlı əməkdaşlığı Koreya yarımadasında gərginliyi artırır. Kim Çen In qeyd edib ki, ölkənin müdafiəsini gücləndirmək və mümkün müharibənin qarşısını almaq üçün nüvə texnologiyalarının təkmilləşdirilməsi vacibdir. O, yaxın gələcəkdə bu sahədə yeni və daha böyük layihələrin həyata keçiriləcəyini vurğulayıb.