“Kəpəz”in yeni baş məşqçisi müəyyənləşdi
“Kəpəz” yeni baş məşqçisini rəsmən açıqlayıb. “Qafqazinfo” xəbər verir ki, Gəncə təmsilçisinin mətbuat xidməti yeni çalışdırıcı ilə razılıq əldə olunduğunu bəyan edib. Bölgə klubu Azər Məmmədovla anlaşıb. 50 yaşlı mütəxəssislə yaxın günlərdə rəsmi müqavilə imzalanacaq. Tərəflər arasında bağlanacaq müqavilə mövsümünün sonunadək qüvvədə olacaq. Qeyd edək ki, Azər Məmmədov 2023-cü ildə də “Kəpəz”i çalışdırıb.

Şərh verin