DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın edib - Yenilənib

2026-cı il dünya çempionatında K qrupunun II turunun oyunlarına start verilib. Milli.Az xəbər verir ki, Portuqaliya millisi Özbəkistan yığması ilə üz-üzə gəlib. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayıb. Portuqaliya matça qolla başlayıb. 6-cı dəqiqədə Kriştiano Ronaldo hesabı açıb. 17-ci dəqiqədə fərq iki topa çatıb. Nuno Mendeş cərimə zərbəsindən fərqlənib. 39-cu dəqiqədə Portuqaliyanın superulduzu Ronaldo yenidən səhnəyə çıxıb. 41 yaşlı futbolçu özünün 2-ci, komandasının 3-cü qolunu vurub. Avropalılar bundan sonra daha 2 dəfə də fərqləniblər. Nematovun avtoqolu, Leaonun qolu hesabı 5:0 edib. Görüş bu hesabla başa çatıb. Dünya çempionatı K qrupu, II tur 23 iyun 21:00. Portuqaliya - Özbəkistan 5:0 Qol: K. Ronaldo, 6, 39, N. Mendeş, 17, Nematov, 60 (ö.q), R. Leao, 87 Portuqaliya: Dioqo Koşta, Joao Kanselo, Ruben Diaş, Renato Veyqa, Nuni Mendeş, Joao Neveş, Vitinya, Pedro Neto, Bruno Fernandeş, Joao Feliks, Kriştiano Ronaldo Özbəkistan: Abduvaxid Nematov, Abdukodir Xusanov, Abdulla Abdullayev, Rustamjon Aşurmatov,Behruzjon Karimov, Odiljon Xamrobekov, Otabek Şukurov, Şerzod Nasrullayev, Abbosbek Fayzullayev, Azizjon Qaniyev, Eldor Şomurodov -------------- DÇ-2026-nın K qrupunun 2-ci turu çərçivəsində keçiriləcək Portuqaliya - Özbəkistan oyunu üçün heyətlər müəyyənləşib. Milli.Az xəbər verir ki, komandalar Bakı vaxtı ilə saat 21:00-da başlayacaq matça aşağıdakı futbolçularla çıxacaqlar: Portuqaliya: 1 Dieqo Koşta, 3 Ruben Diaş, 13 Renato Veyqa, 20 Joao Kanselo, 25 Nunu Mendeş, 8 Bruno Fernandeş, 15 Joao Neveş, 23 Vitinya, 7 Kriştiano Ronaldo, 11 Joao Feliks, 18 Pedro Neto Ehtiyat oyunçular: 12 Joze Sa, 22 Rui Silva, 2 Nelson Semedu, 4 Tomaş Araujo, 5 Dioqu Dalot, 14 Qonsalo Inasio, 24 Samu Koşta, 6 Mateus Nunes, 10 Bernardo Silva, 21 Ruben Neveş, 9 Qonsalo Ramos, 16 Fransisko Trinkao, 17 Rafael Leao, 19 Qonsalo Gedeş, 26 Fransisko Konseysao Özbəkistan: 12 Abduvohid Nematov, 2 Abdukodir Khusanov, 5 Rustam Ashurmatov, 13 Sherzod Nasrullaev, 18 Abdulla Abdullaev, 24 Behruzjon Karimov, 7 Otabek Shukurov, 9 Odiljon Xamrobekov, 19 Azizjon Ganiev, 22 Abbosbek Fayzullaev, 14 Eldor Shomurodov Ehtiyat oyunçular: 1 Utkir Yusupov, 16 Botirali Ergashev, 3 Khojiakbar ALIJONOV, 4 Farrukh Sayfiev, 15 Umar Eşmurodov, 25 Avazbek Ulmasaliyev, 26 Jakhongir Urozov 6 Akmal Mozgovoy, 8 Jamshid İsganderov, 10 Ruslanbek Jıyanov, 11 Oston Urunov, 17 Dostonbek Khamdamov, 23 Sherzod Esanov, 20 Azizbek Amonov 21 İqor Sergeev Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)