Dünyanın ən varlıları bu şəhərlərdə yaşayır — Siyahı

Dünyada milyarderlər getdikcə daha çox qlobal maliyyə mərkəzlərində cəmləşir. “Qafqazinfo” xəbər verir ki, bu, “Hurun Global Rich List 2026”da əksini tapıb. Siyahıda ABŞ-nin Nyu-York şəhəri liderliyini qorusa da, Asiya şəhərlərinin sürətli yüksəlişi diqqət çəkir. Araşdırmaya görə, Nyu-York 146 milyarder ilə dünyanın ən çox milyarderin yaşadığı şəhər olaraq birinci yerdə qalır. Onu Çin şəhərləri Şençjen (132), Şanxay (120) və Pekin (107) izləyir. İlk beşliyi London tamamlayır, Britaniya paytaxtında 102 milyarder yaşayır. Daha sonra Mumbay (95), Honkonq (88), San-Fransisko (86) və Moskva (82) gəlir. Məlumata görə, milyarderlərin təxminən 58 faizi Asiyada yaşayır. Xüsusilə Çin şəhərlərinin güclü təmsil olunması diqqət çəkir. Ümumilikdə 8 Çin şəhəri siyahıda yer alaraq qlobal sərvət xəritəsində dominant mövqeyə sahib olur. Hindistan da yüksəlişdə olan ölkələr sırasında göstərilir, belə ki, Mumbay və Yeni Dehli ilk 11-likdə qərarlaşıb.