Goranboyda qonşular arasında dava — Xəsarət alanlar var+Yenilənib

Goranboyda qonşular arasında xəsarətlə nəticələnən dava olub. “Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Xoylu kəndində qeydə alınıb. Belə ki, 1959-cu il təvəllüdlü Solmaz Hüseynova, 1990-cı il təvəllüdlü Hüseyn Əsədov və onun oğlu 10 yaşlı T. Ə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər. İlkin məlumata görə, adıçəkilən şəxslər əkin sahəsinin suvarılması ilə bağlı qonşuları arasında düşən dava zamanı döyülüblər. Faktla bağlı araşdırma başlanılıb. *** Tərəflərin qarşılıqlı şikayəti əsasında Goranboy Rayon Polis Şöbəsində müvafiq ekspertizalar təyin olunmaqla araşdırmalar aparılır. Ekspertizaların rəyindən və araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. Yunis Quliyev