İnstaqramdakı problem aradan qalxdı — Yenilənib

İnstaqram platformasının işində problem yaranıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Downdetector⁠” məlumat yayıb. Bildirilir ki, platformada genişmiqyaslı bağlantı problemləri qeydə alınıb. İstifadəçilər əsasən ana səhifənin yenilənməməsindən, hekayələrin yüklənməməsindən, hesaba giriş zamanı xətalardan və tətbiqdən çıxarılma hallarından şikayət edirlər. Hələlik “Meta⁠” tərəfindən rəsmi açıqlama verilməyib. Mütəxəssislər problemin server yenilənmələri, yüksək istifadəçi sıxlığı ilə bağlı ola biləcəyini bildiriblər. *** İnstaqramdakı problem aradan qalxıb.