“BYD” qəza törətdi — Piyada öldü
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, 1997-ci il təvəllüdlü D.Nəsirov gecə saat 01 radələrində idarə etdiyi “BYD” markalı avtomobillə Türkan qəsəbəsində hərəkətdə olarkən yolu keçmək istəyən piyada 1975-ci il təvəllüdlü Qafarov Rauf Arif oğlunu vurub. Piyada aldığı xəsarətlərdən Sabunçu Tibb Mərkəzində ölüb. Fakta görə Xəzər RPİ-də cinayət işi başlanıb.

Şərh verin