Mundialın ən gərgin turu: 6 oyunla start verilir

Futbol üzrə dünya çempionatında qrup mərhələsinin sonuncu - üçüncü turunun oyunlarına start verilir. Milli.Az xəbər verir ki, növbəti iki gündə keçiriləcək qarşılaşmalar pley-off mərhələsinə vəsiqə qazanacaq komandaların müəyyənləşməsində həlledici rol oynayacaq. Azarkeşləri gərgin mübarizə və maraqlı oyunlar gözləyir. Oyun cədvəli 24 iyun B qrupu 23:00. İsveçrə - Kanada 23:00. Bosniya və Herseqovina - Qətər 25 iyun C qrupu 02:00. Şotlandiya - Braziliya 02:00. Mərakeş - Haiti A qrupu 05:00. Çexiya - Meksika 05:00. CAR - Cənubi Koreya Qeyd edək ki, dünya çempionatının final oyunu iyulun 19-da keçiriləcək və turnirə həmin gün yekun vurulacaq. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)