Xankəndidə kuryer işləyən tələbəni maşın vurdu — Foto
Xankəndi şəhərində yol-nəqliyyat hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, qəza şəhərin mərkəzi meydanında qeydə alınıb. Hərəkətdə olan “Lada Priora” markalı avtomobillə Səid Allahverdiyevin sürdüyü motosiklet toqquşub. Hadisə nəticəsində motosiklet sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib. Məlumata görə, Səid Allahverdiyev Qarabağ Universitetinin Menecment ixtisası üzrə ikinci kurs tələbəsidir. Təhsil müddəti başa çatsa da, o, yay mövsümündə Xankəndidə qalaraq kuryer fəaliyyəti ilə məşğul olurmuş. Xankəndi Şəhər Xəstəxanasında müalicə tədbirləri görüldükən sonra Bərdə Diaqnostika Mərkəzinə göndərilib. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. Ziya Əmirxanlı

Şərh verin