"Zirə" klubu Rövlan Muradovla yollarını ayırıb

"Zirə" klubunda növbəti ayrılıq baş verib. Milli.Az xəbər veriri ki, yarımmüdafiəçi Rövlan Muradovla əməkdaşlığa son qoyulub. Tərəflər arasında müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib. Qeyd edək ki, Rövlan Muradov 2025-ci ilin yayında "Zirə"nin heyətinə qoşulmuşdu. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)