Bu gündən etibarən DÇ oyunları həm də “CBC Sport”da yayımlanacaq

Dünya çempionatında qrup mərhələsinin 3-cü turunda qrup mərhələsinin oyunları həm İTV, həm də “CBC Sport” vasitəsilə canlı yayımlanacaq. “Qafqazinfo” xəbər verir ki, buna səbəb qruplardakı oyunların eyni saatda başlamasıdır. Oyunların yayım cədvəli: A qrupu Çexiya – Meksika | 25 iyun, 05:00 (İTV); CAR – Koreya | 25 iyun, 05:00 (CBC Sport). B qrupu İsveçrə – Kanada | 24 iyun, 23:00 (İTV); Bosniya və Herseqovina – Qətər | 24 iyun, 23:00 (CBC Sport). C qrupu Braziliya – Şotlandiya | 25 iyun, 02:00 (İTV); Mərakeş – Haiti | 25 iyun, 02:00 (CBC Sport). D qrupu Türkiyə – ABŞ | 26 iyun, 06:00 (İTV); Paraqvay – Avstraliya | 26 iyun, 06:00 (CBC Sport). E qrupu Ekvador – Almaniya | 25 iyun, 23:55 (İTV); Kurasao – Kot-d'İvuar | 25 iyun, 23:55 (CBC Sport). F qrupu Tunis – Niderland | 26 iyun, 03:00 (CBC Sport); Yaponiya – İsveç | 26 iyun, 03:00 (İTV). G qrupu Misir – İran | 27 iyun, 07:00 (İTV); Yeni Zelandiya – Belçika | 27 iyun, 07:00 (CBC Sport). H qrupu Uruqvay – İspaniya | 27 iyun, 04:00 (İTV); Kabo-Verde – Səudiyyə Ərəbistanı | 27 iyun, 04:00 (CBC Sport). I qrupu Norveç – Fransa | 26 iyun, 23:00 (İTV); Seneqal – İraq | 26 iyun, 23:00 (CBC Sport). J qrupu İordaniya – Argentina | 28 iyun, 06:00 (İTV); Əlcəzair – Avstriya | 28 iyun, 06:00 (CBC Sport). K qrupu Kolumbiya – Portuqaliya | 28 iyun, 03:30 (İTV); Konqo DR – Özbəkistan | 28 iyun, 03:30 (CBC Sport). L qrupu Panama – İngiltərə | 28 iyun, 01:00 (CBC Sport); Xorvatiya – Qana | 28 iyun, 01:00 (İTV).