“Sadakatsiz”in aktrisası evləndi — Foto

“Sadakatsiz” serialı ilə tanınan türkiyəli aktrisa Nazlı Bulum evlənib. “Qafqazinfo” “Sabah”a istinadən xəbər verir ki, aktrisa beş ildir münasibətdə olduğu sevgilisi Doruk Kaya ilə ailə həyatı qurub. Məlumata görə, cütlüyün toyu ailə və yaxın dostlarının əhatəsində baş tutub. Qeyd edək ki, Nazlı Bulum “Mahkum”, “Kader bağları” kimi seriallarda da rol alıb.