General rütbəsi verilən zabitlər - (Foto)
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə bir qrup zabitə ali hərbi rütbələr verilib. Milli.Az qafqazinfo-ya istinadən general-mayor rütbəsi alan polkovniklərin hansı vəzifədə işlədiklərini və fotolarını təqdim edir: Azər Heybətli - Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisinin müavini - Kadrlar idarəsinin rəisidir. Rəsul Əliyev- Müdafiə Nazirliyinin Baş idarələrindən birinin rəisidir. Elçin Abdullayev - Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisidir. Gülməmməd Rzayev - Quru Qoşunlarının Artilleriya İdarəsinin rəisidir. Vətən müharibəsində və antiterror tədbirlərində iştirak edib. Ruslan Ağasiyev - Ordu korpuslarından birinin qərərgah rəisidir. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Şərh verin