Kürdəmirdə yük maşını aşıb - Xəsarət alan var

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib. Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Gədəbəy sakini Vahid Allahverdiyevin idarə etdiyi "KamAz" markalı yük avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü xəsarət alıb. Faktla bağlı araşdırma başlanılıb. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)