Yaponiyada da güclü zəlzələ oldu
Yaponiyada 6,9 bal gücündə güclü zəlzələ qeydə alınıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar ölkənin əsas hissəsini təşkil edən və ən böyük adası olan Honşunun şərq sahillərində baş verib. Yaponiya Meteorologiya Agentliyi zəlzələdən sonra sunami təhlükəsi ilə bağlı xəbərdarlıq etməyib.

Şərh verin