Növbədə hansı ölkələrdir? — Foto
FIFA Dünya Çempionatında 32-liyə vəsiqə qazanan ölkələri paylaşıb. “Qafqazinfo” xəbər verir ki, hazırda 32-liyə daxil olan millilərdən 9-u məlumdur. Qeyd edək ki, bu il DÇ-də ilk dəfə olaraq turnirin formatı genişləndirilib və qrup mərhələsindən sonra birbaşa 1/8 final deyil, 1/16 final mərhələsi keçiriləcək. 48 komandanın iştirak etdiyi mundialda qrupları ilk iki pillədə başa vuran yığmalarla yanaşı, ən yaxşı nəticə göstərən 8 üçüncü yer sahibi komanda da pley-off mərhələsinə vəsiqə qazanacaq. Yeni qaydalara əsasən, qrup üçüncüləri arasında xüsusi reytinq tərtib olunacaq. Bu reytinqdə komandaların topladığı xal, top fərqi, vurulan qollar və digər göstəricilər nəzərə alınacaq. Ən yaxşı səkkiz üçüncü yer sahibi yığma növbəti mərhələyə yüksələcək. Beləliklə, DÇ tarixində ilk dəfə olaraq 32 komanda pley-off mərhələsində mübarizə aparacaq.

Şərh verin