Dana jambonlu sendviç resepti

Dana jambonlu sendviç praktik hazırlanması ilə səhər yeməkləriniz və nahar fasilələriniz üçün dadlı bir seçimdir. Zeytun yağı ilə yumşaldılmış labnə pendiri və təzə tərəvəzlərin uyumu bu sendviçi olduqca doyurucu edir. Milli.Az lazım olan ərzaqları təqdim edir: Yarım ədəd turş mayalı baqet çörəyi 4 dilim dana jambonu 5 yarpaq qıvırcıq kahı 4 dilim pomidor 4 dilim kaşar pendiri Sous üçün: 2 xörək qaşığı labnə pendiri 1 xörək qaşığı zeytun yağı Hazırlanması: Labnə pendirini bir qaba alıb çəngəllə əzərək yumşaldın. Üzərinə zeytun yağını əlavə edib hamar bir kıvam alana qədər qarışdırın. Baqet çörəyini uzununa iki yerə bölün və iç hissələrinə hazırladığınız labnəli sousu bərabər şəkildə çəkin. Qıvırcıq kahının yarısını yerləşdirib üzərinə pomidor dilimlərini düzün. Pomidorların üzərinə iki dilim kaşar pendiri və dana jambonlarını əlavə edin. Sonda qalan kaşar pendirini, qıvırcıq yarpaqlarını və qalan pomidor dilimlərini də əlavə edib çörəyin qapağını bağlayın. Hazırladığınız sendviçi dərhal təzə halda servis edə bilər və ya daha sonra istehlak etmək üçün sendviç kağızına büküb paketləyərək yanınızda apara bilərsiniz. Nuş olsun! Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)