Dənizdə batan 4 gəncdən sonuncusunun da meyiti tapıldı
İyunun 22-si Xəzər rayonu Mərdəkan çimərliyində batan 4 gəncdən sonuncusunun da meyiti tapılaraq sudan çıxarılıb. “Qafqazinfo” xəbər verir ki, 2003-cü il təvəllüdlü Pərviz Zöhrab oğlu Məcidovun nəşi Buzovna qəsəbəsinin dəniz sahilində aşkar edilib. Meyit aidiyyəti üzrə təhvil verilib. Qeyd edək ki, hadisə günü 1991-ci il təvəllüdlü Əzimov Namiq İsabala oğlunun, 2005-ci il təvəllüdlü Əbdülov Elnur İsa oğlunun və qardaşı 2007-ci il təvəllüdlü Əbdülov Elmar İsa oğlunun meyiti suda tapılaraq çıxarılıb.

Şərh verin