10 yaşlı uşaq arabadan yıxılıb öldü

Naxçıvan Muxtar Respublikasının Babək rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. “Qafqazinfo” xəbər verir ki, iyunun 23-ü saat 19 radələrində Şıxmahmud kənd sakini 2016-cı il təvəllüdlü Rəhman Ramin oğlu Əlizadə yaşadığı evin həyətində fiziki məhdudiyyətli şəxslər üçün istifadə edilən arabadan yıxılaraq baş nahiyəsindən xəsarət alıb. Xəstəxanaya yerləşdirilmiş uşaq orada vəfat edib. Faktla bağlı araşdırma aparılır.