Ermənistan hökumətinin tərkibində dəyişiklik olacaq?

Hazırda Ermənistan hökumətində genişmiqyaslı kadr dəyişiklikləri planlaşdırılmır. Milli.Az xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi brifinqdə bildirib. Bununla belə, o qeyd edib ki, idarəetmənin digər səviyyələrində yeni təyinatlar həyata keçirilə bilər. Paşinyan həmçinin bu gün Ermənistan parlamentində yeni spikerin seçiləcəyini vurğulayıb. Onun sözlərinə görə, seçki gizli səsvermə yolu ilə keçiriləcək. Baş nazir mümkün namizədlər və gözlənilən təyinatlarla bağlı əlavə açıqlama verməyib. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)