Yaponiyada da 7,2 bal gücündə zəlzələ oldu - Yaralananlar var - (Video)

Yaponiyanın şimal-şərqində 7,2 bal gücündə zəlzələ qeydə alınıb. Milli.Az xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinə istinadən məlumat yayıb. Japan Times nəşrinin məlumatına görə, zəlzələ nəticəsində azı 6 nəfər xəsarət alıb. Hazırda bölgədə vəziyyət qiymətləndirilir və mümkün dağıntılar araşdırılır. Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)