“Arzum 999” ləqəbli blogerin məhkəməsi təxirə salındı
Yol qəzasında bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən "Arzum 999" ləqəbli tiktoker İlduzə Hacıyevanın cinayət işi məhkəməsi keçirilib. Milli.Az unikal.az -a istinadən xəbər verir ki, Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə tiktokerin vəkilləri Hikmət Əliyev və Fərid Həsənov gəlmədiyi üçün məhkəmə təxirə salınıb. Məhkəmənin yekun iclası iyulun 2-nə təyin edilib. Xatırladaq ki, dövlət ittihamçısı Nərmin Tahirzadə ittiham nitqi ilə çıxış edərək məhkəməyə tiktoker Arzumun 3 il sürücülük hüququndan məhrum edilməsi və məhkəmə zalından həbs edilməklə 5 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Qeyd edək ki, hadisə 2025-ci ilin iyununda paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəza nəticəsində qarşı tərəfdən 1 nəfər ölüb, digəri isə ağır xəsarət alıb. İstintaq dövründə bloger Arzum barəsində "başqa yerə getməmək barədə iltizam" qətimkan tədbiri seçilib. "Arzum" ləqəbli tiktokerə qarşıCinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ittiham irəli sürülüb. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin