Müdafiə Nazirliyinin 5 hərbi qulluqçusuna “general-mayor” ali hərbi rütbəsi verilib
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına "general-mayor" ali hərbi rütbəsi verilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına "general-mayor" ali hərbi rütbəsi verilib: polkovnik Rəsul Rasim oğlu Əliyevə polkovnik Elçin Rəhim oğlu Abdullayevə polkovnik Azər Əfrayıl oğlu Heybətliyə polkovnik Gülməmməd Tofiq oğlu Rzayevə polkovnik Ruslan Dünyaməddin oğlu Ağasiyevə. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin